Xəzər Xəbər

AFFA-nın yeni prezidenti qarşıdakı planlardan danışdı

İdman | 11:38 • 2 Aprel 2024
AFFA-nın yeni prezidenti qarşıdakı planlardan danışdı

"Qısa müddət ərzində yeni strategiya müəyyənləşdirməliyik. Ancaq bunu tətbiq etmək üçün vaxta ehtiyac olacaq".

Xezerxeber.az xəbər verir ki, bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf deyib.

O, uşaq futbolunun inkişafı üçün əllərindən gələni edəcəklərini bildirib: "Bölgələrdən yeni istedadlı uşaqların üzə çıxarılması üçün çalışacağıq. Çünki aşağı yaş qruplarına diqqət ayırsaq, ölkə futbolu daim yüksək yerlərdə olacaq".

Qurum rəhbəri qadın futbolunun inkişafı üçün də işlər görəcəklərini söyləyib: "Qadın futbolumuz tarixi uğur qazandı. İndi bunu daha da inkişaf etdirməliyik".

R.Nəcəf azarkeşlərin stadionlara cəlb olunması üçün də addımlar atılacağını vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar