Xəzər Xəbər

Bərdədə FACİƏ... Evin yanması nəticəsində azyaşlı ÖLDÜ FOTOLAR

Hadisə | 12:30 • 1 Aprel 2024
Bərdədə FACİƏ... Evin yanması nəticəsində azyaşlı ÖLDÜ

Bərdədə fərdi yaşayış evinin yanması nəticəsində 5 yaşlı uşaq ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühavizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının qarşısı alınıb. Alov söndürülüb. Hadisə nəticəsində 5 yaşlı uşaq ölüb. İki nəfər isə xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar