Xəzər Xəbər

Bakıda ev yanıb, ölən və xəsarət alan var

Hadisə | 18:29 • 24 Noyabr 2022
Bakıda ev yanıb, ölən və xəsarət alan var

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 58 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 24 m² sahədə, bir otağının taxtadan ibarət tavanı 17 m² sahədə və dam örtüyünün taxta atmaları 48 m² sahədə, bitişik, ümumi sahəsi 8 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili 5 m² sahədə yanıb.

Xezerxeber.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan evin digər otağının tavanı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti