Xəzər Xəbər

Bakıda marketə basqın olub

Hadisə | 12:10 • 24 Noyabr 2022
Bakıda marketə basqın olub

Bakıda mağazaya bıçaqla hücum edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə noyabrın 23-də saat 7 radələrində Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birinə gələn şəxsin oradakı iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talaması barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dələduzluğa və soyğunçuluğa görə məhkum olunmuş Ramin Mirzəyev müəyyən edilərək saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti