Xəzər Xəbər

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Dünya | 16:00 • 9 May 2024
İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

İngiltərənin şimalında, Mançester şəhərinə yaxın bölgələrdə yaşayan üç nəfər terror aktları törətmək, hazırlamaq və təhrik etmək şübhəsi ilə saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Mançester polisi məlumat yayıb.

Bildirilib ki, üç nəfər ayrı-ayrı yerlərdə həbs edilib və sorğu-sual olunmaq üçün nəzarətə götürülüb. Mançester polisi verdiyi açıqlamada cəmiyyət üçün daha geniş bir təhlükə olduğuna inanmadıqlarını söyləyib.

Xəbər lenti