Xəzər Xəbər

Moskva 102-ci hərbi bazanı Ermənistanın suverenliyinin yeganə qarantı adlandırıb

Dünya | 16:50 • 29 Mart 2024
Moskva 102-ci hərbi bazanı Ermənistanın suverenliyinin yeganə qarantı

102-ci baza və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “Ermənistanın Dostları Şəbəkəsi” adlı qurumun hesabatının müddəalarını şərh edən bəyanatında bildirilib.

Qeyd olunub ki, Aİ-nin “təhlükəsizlik təklifləri sağlam düşüncəyə tamamilə zidddir.

“102-ci hərbi baza və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır. Onların çıxarılmasının respublikanın hərbi potensialını hansısa formada gücləndirməsi təhlükəli demaqoqiyadır. Bizi bu gün mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir", - Rusiya XİN-dən bildirilib. (apa)

Rubrikanın digər xəbərləri

Xəbər lenti