Xəzər Xəbər

Tacikistanda "Crocus City Hall"dakı terror aktı ilə bağlı HƏBSLƏR BAŞLADI

Dünya | 16:44 • 29 Mart 2024
Tacikistanda "Crocus City Hall"dakı terror aktı ilə bağlı

Tacikistanda "Crocus City Hall"da törədilən terror aktı ilə əlaqəli olmaqda şübhəli bilinən 9 nəfər saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, saxlanılan şəxslər həmçinin İŞİD ilə əlaqəli olmaqda şübhəli bilinir.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti