Xəzər Xəbər

Gürcüstanda evlənənlərin sayı azalıb

Dünya | 16:08 • 28 Mart 2024
Gürcüstanda evlənənlərin sayı azalıb

Ötən il Gürcüstanda 22 min 275 nikah qeydə alınıb ki, bu da 2022-ci ilin müvafiq göstəricisindən 14,5 faiz azdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bununla yanaşı boşanmaların sayında da azalma baş verib. Belə ki, 2023-cü ildə 13 min 664 boşanma faktı qeydə alınıb, bu da əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 3,1 faiz azdır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar