Xəzər Xəbər

Putin terror aktından sonra "Crokus City Hall”a niyə getməyib? AÇIQLAMA

Dünya | 14:24 • 28 Mart 2024
Putin terror aktından sonra "Crokus City Hall”a niyə getməyib?

Rusiya Prezidenti Vladimir Putin terror aktının baş verdiyi "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib.

Xezerxeber.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov terror aktının ilk dəqiqələrindən insanların xilas edilməsi və yardımların göstərilməsi üçün bütün tədbirlərin görüldüyünü və Putinin heyətin işinə mane olmamaq üçün “Crocus”a getmədiyini söyləyib.

"Terror aktı zamanı həlak olanların ailələrinə və zərərçəkənlərə hər cür yardım göstərilir. Putinin iştirakı ilə təmaslar lazım olarsa, Kreml məlumat verəcək. Terrordan zərərçəkənlərə və həlak olanların ailələrinə yardımın göstərilməsi istiqamətində işlər mümkün qədər tez təşkil olunub və davam etdirilir" - deyə Kremlin sözçüsü vurğulayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar