Xəzər Xəbər

Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır AÇIQLAMA

Dünya | 08:59 • 28 Mart 2024
Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır

Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmayacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Onun fikrincə, sözügedən ritorika Rusiya hakimiyyətinə yardımçı olmayacaq:

“Səfərbərlik Rusiyada olduğu kimi davam edir. Cəmiyyətin militarizasiyası göz qabağındadır. Bütün bunları etməyə imkan verən təbliğat isteriyası tamamilə göz qabağındadır. Rusiyanın hər hansısa başqa məqsədlərə yönəldiyini müşahidə etmirik”.

Podolyak hesab edir ki, Kremlin “bu terror aktından səfərbərlik proseslərini daha da gücləndirmək üçün istifadə etməsinin mənası yoxdur”: “Bütün bunlar onsuz da baş verir”.

Müşavirin sözlərinə görə, Kremlin bu cür davranışı bir sıra ölkələrin Ukraynaya münasibətini dəyişdirmək cəhdi olub:

“Düşünürəm ki, yəqin ki, bu, demokratik ölkələrin Ukraynaya loyallığının azalmasına nail olmaq cəhdi idi. Amma bir daha vurğulayıram ki, [terror aktı ilə bağlı] obyektiv faktlar olduğu üçün Rusiya bu məqsədinə nail ola bilmədi”.

O xatırladıb ki, hələ 2016-2018-ci illərdə Rusiya təbliğatı Ukraynanı bir sıra terrorçu təşkilatlarla əlaqələndirməyə çalışıb:

“Bu, Ukraynanın belə yaraqlılara sığınacaq verdiyini göstərmək üçün genişmiqyaslı təbliğat kampaniyası idi. Lakin Ukrayna qlobal terrorçuluqdan mümkün qədər uzaqdır – HƏMAS və “Taliban”ı sözün əsl mənasında maliyyələşdirmiş və onların qlobal bazarda mövcudluğunu qanuniləşdirmiş Rusiyadan fərqli olaraq. "Taliban" hətta Moskvada Lavrov səviyyəsində müxtəlif görüşlərdə iştirak edib”,- Podolyak əlavə edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti