Xəzər Xəbər

Türkiyə əhalisi arasında yaşlı insanların sayı artıb

Dünya | 18:42 • 27 Mart 2024
Türkiyə əhalisi arasında yaşlı insanların sayı artıb

Türkiyə əhalisi arasında yaşı 65 və daha çox olan insanların sayı son beş ildə 21,4 faiz artaraq 8 milyon 722 min 806 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun 2023-cü il üçün araşdırmasının nəticələrinə dair hesabatda bildirilir.

Məlumata görə, 2023-cü il etibarilə Türkiyədə yaşlıların ümumi əhaliyə nisbəti 10,2 faizə yüksəlib. Onların 44,5 faizini kişilər, 55,5 faizini qadınlar təşkil edib.

Hesablamalara əsasən, gələcək illərdə də ölkədə ümumi əhali sayı ilə nisbətdə yaşlıların sayının artması davam edəcək. Belə ki, 2030-cu ildə bu nisbətin 12,9 faiz, 2040-cı ildə 16,3 faiz, 2060-cı ildə 22,6 faiz və 2080-ci ildə isə 25,6 faiz olacağı proqnozlaşdırılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar