Xəzər Xəbər

QMİ sədri: Erməni kilsəsi xarici havadarlarının sifarişi ilə işləyir və revanşizmi təbliğ edir

Cəmiyyət | 09:31 • 10 Aprel 2024
QMİ sədri: Erməni kilsəsi xarici havadarlarının sifarişi ilə işləyir və revanşizmi təbliğ edir

Bu ilin sonunda Bakıda dini rəhbərlərin görüşü keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. 

O bildirib ki, görüşə ermənilərin katolikosu II Qareginin dəvət olunması məsələsinə baxılacaq: "Erməni kilsəsi Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etmək istəmir. Erməni kilsəsi iftiralar yayır. Ümid edirəm ki, heç kim bu iftiralara uymayacaq. Erməni kilsəsi bu gün xarici havadarlarının sifarişi ilə işləyir. O elə üz qoymayıb ki, onu Bakıya dəvət edim. Vaxtilə onu Azərbaycana dəvət etmişəm, o da bura gələrək dini konfransda iştirak edib. Bu gün erməni katolikosu başda olmaqla erməni kilsəsi bütün dünyada revanşizmi təbliğ edir. Heç cür razılaşmır ki, Azərbaycan öz torpaqlarını azad edib, Qarabağ Azərbaycan torpaqlarıdır. Biz ona təklif etdik ki, bunu qəbul eləsin, biz də sonra onu qəbul edək. Əgər kilsə mövqeyini dəyişərsə, biz onları dini liderlərin görüşünə dəvət edə bilərik. Həyat davam edir, bir gün gələcək, o bunu başa düşəcək".

Xəbər lenti

Çox oxunanlar