Xəzər Xəbər

Bayram günlərində bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət | 15:58 • 9 Aprel 2024
Bayram günlərində bəzi yerlərdə yağış yağacaq

Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Lakin aprelin 10-u gündüz və 11-i gecə saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, cənub-şərq küləyi aprelin 10-u axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Aprelin 11-i gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq. Bölgələrdə dı hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin aprelin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i günün ikinci yarısınadək arabir yağıntılı olacaq.

Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.

Aprelin 11-si axşam yağıntılar tədricən kəsiləcək, 12-si əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 13-18, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq.

Xəbər lenti

Çox oxunanlar