Xəzər Xəbər

Bakıda tarixi binanın üstündə iki mərtəbə tikiblər YENİLƏNİB/FOTO

Cəmiyyət | 12:35 • 23 Yanvar 2023
Bakıda tarixi binanın üstündə iki mərtəbə tikiblər

Təbriz Xəlilbəyli və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən binalar daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil.

Xezerxeber.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Fariz Hüseynli deyib.

Onun sözlərinə görə, sosial mediada paylaşılan fotolarda yer alan binalardan yalnız biri (Təbriz Xəlilbəyli 10) reyestrə daxildir ki, həmin binaya da heç bir müdaxilə edilməyib.

Qeyd edək ki, Təbriz Xəlilbəyli və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən tarixi binalara əlavə mərtəbələr artırılması ilə bağlı sosial mediada paylaşım edilib.

12:14

Bakının mərkəzində yerləşən qədim binalara müdaxilə edilib.

Xezerxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsindəki tarixi binalar ikimərtəbəli olub. Kimlərsə binanın üstündə daha iki mərtəbə tikib, eyvan artırılıb, bunun ardınca isə eyvanın altını da obyektə çevirərək piyada səkisini zəbt ediblər.

Xəbər lenti