Xəzər Xəbər

Üz-çənə xəstəliyi olan uşaqlarla bağlı valideynlərə müraciət edilib

Cəmiyyət | 13:14 • 23 Yanvar 2023
Üz-çənə xəstəliyi olan uşaqlarla bağlı valideynlərə müraciət edilib

"Üz-çənə nahiyəsinə aid yenidoğulmuşlarda rast gəlinən bəzi patologiyalar adətən anadangəlmə dodaq-damaq yarıqlar, xalqda arasında “dovşan dodaq” və “qurd ağız” deyilən xəstəliklərdir".

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsmayıl Fərzəliyev bildirib.

Onun sözlərinə görə, bunlar hamiləliyin ilk günlərində rüşeymdə yaranan pozğunluqlar nəticəsində əmələ gəlir və uşaq bu xəstəliklə doğulur.

Həkim söyləyib ki, bunun da səbəbi müxtəlifdir: "İrsi xəstəliklər, hamiləlik dövrünün problemli keçməsi (müxtəlif dərmanların qəbulu, intoksikasiya, bətndaxili hiopksiya, stres və bəzi şəkərli diabet kimi sistem xəstəlikləri), ətraf mühitin çirklənməsi, ananın pis vərdişləri və nəhayət qohum evliliyi".

İ.Fərzəliyev vurğulayıb ki, dodaq-damaq yarıqları ilə doğulmuş uşaqlarda ən çox rast gəlinən problem qidalanmanın pozulması, hava yolu tıxanıqlığı, xırıltılı tənəffüs, nitqin pozulması, çəki itkisi və s. kimi problemlər rast gəlinir: "Bunun üçün mütəxəssisə vaxtında müraciət etməli və müalicəyə başlanılmalıdır. Bu patologiyalarla doğulmuş uşaqlar 17-18 yaşına qədər üz-çənə cərrahlarının, orotdontların, loqopedin və pediatrların daimi nəzarəti altında olmalı, onların müayinə və müalicəsini almalıdır. Dodaq yarıqları üçün uşaqlarda “xeyloplastika” ilk 3-6 aylarında, damaq yarıqları zamanı isə “stafiloplastika” və “uranostafiloplastika” 9-18 aylarında aparılması tövsiyə edilir. Cərrahi əməliyyatlar ümumi anesteziya altında aparılır".

Mütəxəssis onu da qeyd edib ki, damaqda vaxtından tez aparılan əməliyyat üst çənənin inkişafının pozulmasına, gec isə nitqdə pozulmalara gətirib çıxarır.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti