Xəzər Xəbər

"Çelsi"nin ulduzu İtaliya nəhənginə keçir

İdman | 13:39 • 18 İyun 2020
"Çelsi"nin ulduzu İtaliya nəhənginə keçir

"Çelsi"klubunun ispaniyalı futbolçusu Pedro Rodriqes komandasını tərk etməyə yaxındır.

32 yaşlı yarımmüdafiəçi "Roma"ya keçməyə qərar verib. Onun İtaliya klubu ilə 2+1 illik müqavilə ilə bağlı razılığa gəldiyi bildirilib. Müqavilənin detallarını müzakirə etdikdən sonra ispan futbolçunun artıq mövsümün qalan hissəsində "Çelsi"də oynamaq istəmədiyi bildirilib.

Qeyd edək ki, Pedronun London təmsilçisi ilə müqaviləsi iyunun 30-u başa çatır.

Xəbər lenti