Türkiyənin son çempionu "Qalatasaray” mövsümün ilk transferini gerçəkləşdirib.
"Sarı-qırmızılılar” hollandiyalı futbolçu Rayn Babeli heyətinə qatıb.
Sərbəst agent olan 32 yaşlı futbolçu ilə hər mövzuda razılıq əldə olunub. Babel gələn mövsümdən etibarən "Qalatasaray”ın forması geyinəcək.
Qeyd edək ki, Rayn Babel2013-2014 və 2014-2015 mövsümlərində Türkiyənin "Kasımpaşa”, 2016-2017 mövsümündə isə "Beşiktaş” komandasında forma geyinib. 2018-2019 mövsümünün ortasında isə "Fulham”a transfer olmuşdu./publika.az