Bakı Beynəlxalq Avtovağzal Kompleksi Gəncə şəhərinə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı məsələni araşdırıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.
O bildirib ki, xəbər yayılmadan öncə ailə üzvlərindən biri onlarla əlaqə saxlayıb, məsələ araşdırılıb və sərnişinin doğru dediyi təsbit edilib və ödədiyi artıq məbləği gəlib götürməsi xahiş olunub:
"Satışı həyata keçirən kassirlə bağlı ciddi ölçü götürüldü. Əgər şikayət varsa və sərnişin haqlıdırsa, bu məsələnin həllinə maksimum çalışırıq. Bəzən belə yazıları "Avtovağzalın özbaşınalığı" adlandırırlar. O zaman özbaşınalıq olardı ki, məsələ tam diqqətdən kənar qalardı”, - deyə P.Məmmədova vurğulayıb.