Xəzər Xəbər

Yüksək bal toplayan abituriyentlərin sayının çox olması subbakalavrların şansını azaldıb VİDEO

Veb TV | 20:39 • 8 May 2024
Yüksək bal toplayan abituriyentlərin sayının çox olması subbakalavrların şansını azaldıb

Yüksək bal toplayan abituriyentlərin sayının çox olması subbakalavrların şansını azaldıb.

Xezerxeber.az-ın məlumatına görə, bu il tələbə olmaq istəyən abituriyentlərin sayı 85 mindən çoxdur.

Bu göstərici ötən illə müqayisədə 5 min nəfər artıb. Bəs buraxılış imtahanlarında nəticələrin yüksək olması və qeydiyyatdan keçənlərin sayının dəyişməsi universitetlərə imtahansız qəbul olmaq istəyən subbakalavrlar üçün plan yerlərinin azalmasına səbəb ola bilərmi?

Təhsil eksperti Kamran Əsədov deyir ki, subbakalavrların ali məktəblərə qəbulu ilə bağlı yanaşma düzgün deyil. Onun sözlərinə görə, bəzi ixtisaslar üzrə məhdudiyyətlər aradan qaldırılmalıdır. Ekspert qeyd edib ki, hər il təxminən 20 minə yaxın şəxs kolleci bitirsə də, onlardan cəmi 6 mini universitetlərə qəbul imkanı qazanır.

Kamran Əsədov onu da əlavə edib ki, subbakalavrlar üçün ali təhsil müəssisələrində xüsusi plan yerlərinin ayrılmasına ehtiyac var. Çünki kolleci bitirən tələbələrin əksəriyyəti sonradan iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər.

Qeyd edək ki, subbakalavrların qeydiyyatının mayın 11-dən etibarən başlayacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti