Xəzər Xəbər

Bakı Biznes Universitetində tələbələr saqqala görə dərsə buraxılmayıb? VİDEO

Veb TV | 21:12 • 30 Aprel 2024
Bakı Biznes Universitetində tələbələr saqqala görə dərsə buraxılmayıb?

Bakı Biznes Universitetində tələbələrin saqqala görə dərsə buraxılmadığı iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarında universitetə gələn tələbələrin bəzilərinin dərsdə iştirakına icazə verilməyib.

“Xəzər Xəbər”ə danışan tələbələrin dediklərinə görə, qərar haqqında öncədən məlumat verilsə də, anidən tətbiqi müəyyən çətinlik yaradıb.

Universitetin təlim - tərbiyə işləri üzrə prorektoru Cavidan Heydərovun sözlərinə görə, tələbələrin məhz saqqala görə dərsə buraxılmaması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, tələbələrin məhz saqqala görə dərsə buraxılmaması təhsil müəssisəsinin qaydalarında yer almır.

Eskpertlərin fikrincə, proses təhsil müəsissəsinin daxili qaydları ilə tənzimlənir, lakin bu qaydalar da vətəndaşın hüquqlarına zidd olmayacaq formada tərtib edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar