Xəzər Xəbər

Dələduzların növbəti qurbanı HƏKİMLƏR OLDU... VİDEO

Veb TV | 21:31 • 23 İyul 2023
Dələduzların növbəti qurbanı HƏKİMLƏR OLDU...

Həkimlərin adından tanışlarına yazıb pul istəyirlər. Son günlər belə hallarla bir neçə həkim üzləşib.

Xezerxeber.az-ın xəbərinə görə, onlar sosial media hesabında paylaşım edib bildirirlər ki, dələduzlar başqa nömrədən həkimlərin adından rəfiqələrinə yazaraq pul istəyirlər.

"İnandırıcı olmaq üçün yeni açılmış ''votsap'' profilinə adından istifadə edilən həkimin fotosu yerləşdirilir."

Tanışlarının belə dələduzların qurbanına çevrilməməsi üçün həkim Aynur Zeynalova status yazaraq sosial şəbəkə hesabında da paylaşım edib və onlara diqqətli olmağı tövsiyyə edib.

Onların bu metodu işə yarayıb və dələduzluq yolu ilə pul mənimsəməyi bacarıblar.Hətta kart hesablarına pul göndərən bəzi şəxslər ödəniş qəbzini də göndəriblər ki, həkim tanışlarının məlumatı olsun.

İnformasiya, texnalogiyaları üzrə mütəxəssis Elçin Məmmədov deyir ki, ''votsap'' üzərindən belə fırlıdaqçılıq dünyanın bir neçə ölkəsində geniş yayılıb və zərərçəkmişlərin sayı da hər keçən gün artır.

"Bəs belə dələduzları necə müəyyən etmək olar?"

Məsəklə ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, sosial şəbəkələrdə yayılan dələduzluq əməlindən xəbərdardılar. ''Aidiyyəti idarə tərəfindən baş vermiş bu kibercinayətkarlıqla bağlı araşdırma aparılır'' - deyə Nazirlikdən qeyd edildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

.

Xəbər lenti