Xəzər Xəbər

Gədəbəy hadisələri belə təşkil olunub... BƏZİ MƏLUMATLAR... VİDEO

Veb TV | 21:33 • 22 İyun 2023
Gədəbəy hadisələri belə təşkil olunub... BƏZİ MƏLUMATLAR...

Gədəbəy hadisələrinin necə təşkil olunmasına dair bəzi təfərrüatlar məlum olub.

Xezerxeber.az xəbər verir ki, bu səslər 400 nəfərlik vatsap qrupundakı yazışmalardandır. Söyüdlü kənd sakinlərinin manipulyasiyası ilə təşkil olunmuş təxribatın əsas iştirakçıları da məlumdur.

“Afiq Allahverdiyev, Etibar Cabbarov, Dadaş Şirinov.”

Afiq Allahverdiyev və Etibar Cabbarov Rusiya vətəndaşıdırlar, orada yaşayırlar. Hadisədən bir müddət əvvəl yasda iştirak adı ilə Gədəbəydə olublar.

“Kəndə böyük vəsaitlə gəliblər.”

Kənd sakinləri arasında nüfuzlu, sosial şəbəkələrdən istifadə etməyi bacaran şəxsləri müəyyən ediblər, sonra da bu qrupu qurublar. Dadaş Şirinov isə qızıl yatağında işləyən şirkətdə sürücü kimi çalışıb.

"Aksiyanın görüntülərinin Tik-Tok-da yayılmasını O təmin etməli idi."

Vatsap qrupunda Afiq Allahverdiyev kənd sakinlərini "ekoloji problemlə" bağlı etirazlara da səsləyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti