Xəzər Xəbər

Bakıda AĞIR CİNAYƏT: Dostlar arasında mübahisə QANLA BİTDİ VİDEO

Bakıda 38 yaşlı kişi qətlə yetirilib
Veb TV | 19:50 • 28 Sentyabr 2022
Bakıda AĞIR CİNAYƏT: Dostlar arasında mübahisə QANLA BİTDİ

Bakıda ağır cinayət olub. Parkda mübahisə edən tanışlar daha sonra əlbəyaxa dava ediblər. Dava o həddə çatıb ki, biri digərini bıçaqlayıb. Bəs cinayətə səbəb nə olub? 

Dostlar arasında mübahisə ağır cinayətə səbəb olub.

Hadisə səhərə yaxın paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, saat 04 radələrində İlqar Əhlimanov küçəsində 38 yaşlı Əfqan Qədəşov öldürülüb. 

Hər iki şəxsin Hövsan qəsəbə sakini olduğu bildirilir..

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda  ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırılır. 

Xəbər lenti

Çox oxunanlar