Xəzər Xəbər

“Qarabağ”ın oyununda şəhidlərimiz üçün sükut... VİDEO

“Qarabağ”ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub
Veb TV | 21:33 • 15 Sentyabr 2022
“Qarabağ”ın oyununda şəhidlərimiz üçün sükut...

Bakıda “Qarabağ” və Fransanın “Nant” komandalarının arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub.

XəzərXəbər-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda fanatlar qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər.

“İmarət” azarkeş qrupunun üzvləri “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan” pankartı açıblar.

“Köhlən atlar” daha əvvəl bu təşəbbüslə UEFA-ya müraciət etsə də, rədd cavabı alıb.

Xəbər lenti