Xəzər Xəbər

Azərbaycan xalqı qəhrəman övladları ilə fəxr edir - İnsanlar II Fəxri Xiyabana axın edir VİDEO

Veb TV | 21:25 • 15 Sentyabr 2022
Azərbaycan xalqı qəhrəman övladları ilə fəxr edir - İnsanlar II Fəxri Xiyabana axın edir

Əldə edilən uğurlar , xalqın orduya , silahlı  qüvvələrə olan inamını daha da artırdı. İnsanlar əllərində üçrəngli bayrağımızla şəhidlərə hörmət və ehtiramlarını bildirərək İkinci Fəxri Xiyabana axın etdilər.

Ermənistanın Azərbaycana təcavüzünün  qarşısının  alınmasında qəhrəmanlıq göstərərək şəhid olan Vətən övladları son mənzilə yola salındı. İnsanlar əllərində üçrəngli bayrağımızla şəhidlərə hörmət və ehtiramlarını bildirərək İkinci Fəxri Xiyabana axın etdilər. 

Azərbaycan Vətən müharibəsi ilə  yeni reallıqlar yaratdı. Lakin Ermənistan aradan keçən bu müddət ərzində rəsmi Bakının uzatdığı sülh əlinə təxribatla cavab verdi.. Bu təxribatın qarşısı qətiyyətlə alınaraq düşmənə sarsıdıcı zərbələr endirildi. Azərbaycan xalqı bir daha öz qəhrəman igidləri ilə fəxr etdi. 

Əldə edilən uğurlar xalqın orduya, Silahlı  qüvvələrə olan inamını daha da artırdı. Azərbaycanın heç bir ölkənin torpağında, ərazisində gözü yoxdur. Lakin bundan sonra da törədilən təxribatlara ən qəti şəkildə  cavab veriləcək. 

Xəbər lenti

Çox oxunanlar