Xəzər Xəbər

Zəngilanda beynəlxalq su konfransı keçirilib VİDEO

Veb TV | 20:35 • 29 İyun 2022
Zəngilanda beynəlxalq su konfransı keçirilib

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri  və ekspertləri Zəngilana səfər ediblər.

Xezerxeber.az-ın məlumatına görə, qonaqlar  əvvəlcə Həkəri çayına körpə "Farel" balıqları buraxıblar.

 Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı bu simvolik prosesin dünyaya bir mesaj olduğunu bildirib.

Sonra işğal illərində ciddi ziyan dəymiş rayonun ekologiyasının və biomüxtəlifliyinin bərpası istiqamətində görülən işlər barədə diplomatlara məlumat verilib. Qonaqlar Zəngilanda  "Ağıllı kənd" layihəsi ilə də tanış olublar.

Daha  sonra  nümayəndə heyətinin iştiraki ilə Ağalı kəndində beynəlxalq su konfrası öz işinə başlayıb. 

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı çıxışı zamanı  işğaldan azad olunmuş ərazilərdə  su idarəçiliyinin təkmilləşdirildiyini bildirib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Oxçuçayın çirkləndirilməsinin qarşısını almaq üçün Azərbaycanın beynəlxalq ictimaiyyətə müraciət etdiyini,  amma təəssüf ki, bu problemin hələ də həll olunmadığını vurğulayıb. Nazir həmçinin məcburi köçkünlərin geri qayıdacağı ilk rayonun Zəngilan olacağına da diqqət çəkib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti