Xəzər Xəbər

Bu binanın lifti tez-tez sıradan çıxır VİDEO

Veb TV | 22:02 • 29 İyun 2022
Bu binanın lifti tez-tez sıradan çıxır

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB massivində yerləşən doqquzmərtəbəli binanın lifti günlərdir ki, işləmir.
Xezerxeber.az-ın məlumatına görə, liftin tez-tez xarab olması sakinlərə problem yaradır.
Sakinlərin sözlərinə görə,  34 ilin lifti istismar müddəti bitdiyi üçün tez-tez xarab olur.
Binada əlilliyi olan 10-a yaxın şəxs yaşayır. Liftin işləməməsi isə ən çox onlara çətinlik yaradır.
Elə biz hadisə yerində çəkiliş aparan zaman Bakı Şəhər İcra Hakimiyyətinin Lift-təmir İstehsalat Birliyinin əməkdaşları liftə baxış keçirməyə gəldilər. Məlum oldu ki, lift normadan artıq yükləndiyi üçün mühərrik sıradan çıxıb. Bir neçə gün öncə sakinlər tərəfindən ağır tikinti materiallarının lift vasitəsilə daşınması liftin xarab olmasına səbəb olub.
Lift-təmir İstehsalat Birliyindən həmçinin bildirildi ki, həmin ərazidə olan istismar müddəti bitmiş liftlərin yaxın zamanda dəyişilməsi nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti