Xəzər Xəbər

Bakıda dəhşətli yanğın: ölənlər və xəsarət alanlar var VİDEO

Səsə oyanan qonşular evə girmək istəsələr də, tüstü imkan verməyib
Veb TV | 19:59 • 29 İyun 2022
Bakıda dəhşətli yanğın: ölənlər və xəsarət alanlar var

Bu gün səhər saatlarında Bakıda ailə faciəsi yaşanıb. Dəhşətli yanğında 2 uşaq həyatını itirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən evdə qeydə alınıb.

Səsə oyanan qonşular deyirlər ki, evə girmək istəsələr də, tüstü buna mane olub. Onlar bir neçə dəfə cəhd etdikdən sonra mənzilə daxil ola biliblər.

Yanğın zamanı iki körpə - əkiz bacılar 1 yaşlı Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Sonradan əldə etdiyimiz məlumata görə, yanğın zamanı xəsarət alan 2-si azyaşlı olmaqla 5 nəfər Nərimanov tibb mərkəzinə yerləşdirilib. Onlar Zərifə Abbasova,   Atilla Abbasov, Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasovdur.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.Bildirilib ki Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli kürsülü evin dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları yanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti