Xəzər Xəbər

DƏHŞƏT: Polis baqajda kilidlədiyi şəxsin ölümünə səbəb oldu VİDEO

Veb TV | 17:00 • 27 May 2022
DƏHŞƏT: Polis baqajda kilidlədiyi şəxsin ölümünə səbəb oldu

Braziliyada polis baqajda kilidli olan şəxsi gözyaşardıcı qaz bombası ilə öldürüb.

Braziliyada əyalət polisi Genivaldo de Xesus Santosu müqavimət göstərdiyi üçün gözyaşardıcı qazla polis maşınının baqajına zorla kilidləyib.

Kişinin müqavimətinə məhəl qoymayan polis, tüstülənən baqajın qapağını sıxaraq Santosun çıxmasına mane olub.

İnternetdə yayılan video görüntülərdə də Santosun ayaqlarının avtomobildən sallandığı və bədəninin qalan hissəsi içəridə olduğu görünür.

Santosun qardaşı oğlu Vallison de Xesus yerli mediaya özünün də hadisə yerində olduğunu, əmisinin sadəcə motosiklet sürdüyünü və polisin heç bir səbəb olmadan onu dayandırması ilə həyəcanlandığını deyib. 

Şizofreniya xəstəsi olan Santosun üzərindən polisin şizofreniya dərmanını tapması ilə həyəcanlı və əsəbi olduğu deyilib.

Qardaşı oğlu bildirib ki, polis əməkdaşları onu polis bölməsinə aparıb və huşsuz olduğunu anlayanda xəstəxanaya çatdırıblar.

Polisdən verilən açıqlamada Santosun xəstəxanada öldüyü bildirilib.

Braziliya Dövlət Polisi hadisədən sonra verdiyi açıqlamada, şübhəlinin aqressiv rəftarları ilə polisə qarşı çıxdığı və müqavimət göstərdiyi üçün avtomobilin baqajında kilidləndiyini və hadisədə iştirak edən polis məmurlarına qarşı istintaq başladıldığını bəyan edilib. 

Hadisədən sonra qaradərili Genivaldo de Xesus Santosun ölüm səbəbinin boğulma olduğu müəyyənləşdirilib.

Braziliya xalqı sosial media platformalarında Santosu qaradərili Braziliya vətəndaşı olduğu üçün ABŞ-da həbsdə boğularaq boğulan Corc Floyda bənzədib və polisi irqçi davranış sərgiləməkdə günahlandırıb. //manset

Xəbər lenti