Xəzər Xəbər

Azad edilmiş ərazilərə səfər üçün bilet qiymətləri açıqlanıb VİDEO

Veb TV | 21:27 • 18 Yanvar 2022
Azad edilmiş ərazilərə səfər üçün bilet qiymətləri açıqlanıb

İşğaldan azad edilmiş ərazilərə təşkil olunacaq marşrut avtobuslarının gedişhaqqı qiymətləri açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin  rəisi Anar Rzayev bildirib ki, Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10 manat 40 qəpik, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9 manat 40 qəpik, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Biletlər isə yalnız "yolumuzqarabaga.az" portalı üzərindən satılacaq.

Vətəndaşlar da işğaldan azad olunmuş ərazilərə tez bir zamanda səfər etmək və əzəli torpaqlarımızı illər sonra yenidən görmək arzusundadırlar.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk avtobus marşrut xətti yanvarın 24-də başlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti