Xəzər Xəbər

Halk və Dieqo Kosta ilə “Atletiko” 50 ildən sonra ilk dəfə çempion oldu VİDEO

Veb TV | 17:34 • 3 Dekabr 2021
Halk və Dieqo Kosta ilə “Atletiko” 50 ildən sonra ilk dəfə çempion oldu

Futbol üzrə Braziliya çempionatının 32-ci turu çərçivəsində “Atletiko Mineyro” ilə “Baiya” qarşılaşıb. Görüş Salvadorda (Braziliya) “Arena Fonte Nova - Otaviu Manqabeyra” stadionunda baş tutub.

Matç zamanı “Baiya” 2:0 hesabı ilə öndə olsa da, lakin hücumçu Halkın qolu və Kenonun dublu “Atletiko Mineyro”ya vəziyyəti öz xeyirlərinə dəyişməyə imkan yaradıb - 3:2.

Yarışın bitməsinə iki matç qalmış “Atletiko Mineiro” 81 xal toplayıb və digər komandalar üçün əlçatmaz olub.

“Flamenqo”nun (70) cəmi üç görüşü qalıb. “Atletiko Mineiro” tarixində ikinci dəfə futbol üzrə Braziliya çempionu olub.

Komanda ilk dəfə belə bir uğura 1971-ci ildə nail olub.

Xatırladaq ki, komandanın heyətində “Zenit”in keçmiş hücumçusu Halk və Madrid “Atletiko”sunun sabiq hücumçusu Dieqo Kosta yer alır.

Xəbər lenti