Xəzər Xəbər

Polis oğurluqla məşğul olan şəxsləri ifşa etdi VİDEO

Veb TV | 20:35 • 26 Noyabr 2021
Polis oğurluqla məşğul olan şəxsləri ifşa etdi

Aptek və mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıb. 

Xezerxeber.az-ın məlumatına görə, Biləsuvar polisinin həyata keçirdiyi əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 2 aptek və 2 mağazadan oğurluq etməkdə şübhəli bilinən Cəilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Kərimov yaxalanıb.

Araşdırmalarla onun daxil olduğu obyektlərdəki kassalardan ümumilikdə 4437 manat nağd pul oğurladığı məlum olub. Davam etdirilən tədbirlərlə Elməddin Kərimovun Cəlilabad rayonu ərazisində yerləşən bir aptekdən də gecə saatlarında 220 manat pul apardığı məlum olub.

Keçirilmiş digər əməliyyatla yük avtomobillərinin akkumlyatorlarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri Seyidağa Əzimzadə, Mülazim Nağıyev və Namiq Əliyev saxlanıblar. Onların iki yük maşınından 600 manat dəyərində olan dörd ədəd akkumlyator oğurladıqları müəyyən edilib.

Göyçayda isə yük avtomobilinin ehtiyyat hissələri oğurlanıb. Rayon polis şöbəsinə nəqliyyat vasitəsindən ümumi dəyəri  800 manat olan ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub. Keçirilmiş əməliyyatla oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Sərxan Abdurəhimov saxlanıb. O, ifadəsində oğurladığı ehtiyyat hissələrini rayon ərazisində əlvan metal qəbulu məntəqəsinə satdığını və əldə etdiyi pulu xərclədiyini bildirib.

Bütün faktlarla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti