Xəzər Xəbər

Qadın sürücüdən tragikomik qəza: Piyadanın üstündən keçdi VİDEO +18

Veb TV | 13:15 • 29 İyul 2021
Qadın sürücüdən tragikomik qəza: Piyadanın üstündən keçdi

Rusiyada tragikomik hadisə baş verib.

XəzərXəbər xarici mediaya istinadən xəbər verir ki, Tuymazı şəhərində qadın sürücü mümkünsüz sayılacaq qəza törədib.

Belə ki, avtomobilini park etmək istəyən şəxs səkiyə çıxaraq hərəkət edən piyadanı vurub. O yolunu dəyişərək qaçıb canını qurtarmağa çalışsa da, maşın onun arxasınca gedib.

Görüntülərə əsasən, elə təəssürat yaranır ki, qadın sürücü qarşısındakı şəxsi təqib edir və onu vuraraq üstündən keçir. Lakin araşdırmalar nəticəsində məlum olub ki, sükan arxasında olan şəxs idarəetməni itirib.

Piyadanın xəstəxanaya yerləşdirildiyi bildirilir.//ölkə.az//

Xəbər lenti