Xəzər Xəbər

İnsanlarla dolu metro vaqonları suyun altında qaldı: Çində dəhşətli mənzərə VİDEO

Veb TV | 10:41 • 21 İyul 2021
İnsanlarla dolu metro vaqonları suyun altında qaldı: Çində dəhşətli mənzərə

Çinin Çjençjou şəhərində yağan aramsız yağışlar nəticəsində metronun tuneli su ilə dolub.

Güclü yağışlar səbəbindən şəhər metrosunun beşinci xəttinin üstündəki dayanacaqda su yığılıb. Su vaqonların hərəkət etdiyi tunelə daxil olub.

Rəhbərlik təcili olaraq metroya cərəyanın verilməsini dayandırıb, lakin vaqonlardan biri su ilə dolu tuneldə qalıb. 500 nəfərə yaxın şəxs təxliyə edilsə də, 12 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Xilsaetmə əməliyyatı zamanı 5 nəfər yaralanıb. Sinoptiklərin məlumatına görə, şəhərdə yağışlı hava davam edəcək./report

 

Xəbər lenti

Çox oxunanlar