Xəzər Xəbər

Türkiyə gəmi əleyhinə raketin uğurlu sınağını həyata keçirib VİDEO

Veb TV | 09:37 • 19 İyun 2021
Türkiyə gəmi əleyhinə raketin uğurlu sınağını həyata keçirib

Türkiyənin “Atmaca” gəmi əleyhinə raketi silahlanmaya verilməzdən əvvəl son sınaq zamanı hədəfi müvəffəqiyyətlə məhv edib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib.

“Mavi Vətənimizin polad qılıncı olan “Atmaca” gəmi əleyhinə raket silahlanmaya verilməzdən əvvəl bugünkü son sınaq zamanı ilk dəfə olaraq gəmi hədəf tam dəqiqliklə vurdu”, - deyə Ərdoğan “twitter” hesabında yazıb.

O, raket sınağı ilə bağlı video da paylaşıb.

Xəbər lenti