Xəzər Xəbər

İspaniya kubokunun qalibi müəyyənləşdi VİDEO

Veb TV | 15:43 • 4 Aprel 2021
İspaniya kubokunun qalibi müəyyənləşdi

İspaniya Kral kubokunda 2019/20 mövsümünün final oyunu keçirilib.

Həlledici oyunda “Atletik”lə “Real Sosyedad” komandaları üz-üzə gəlib. Qarşılaşmada 1:0 hesablı qələbə qazanan "Real Sosyedad" titula sahib olub.

San-Sebastyan təmsilçisi 34 il sonra bu uğura nail olub. “Real Sosyedad” tarixində 3-cü dəfə Kral kubokunu qazanıb.

Ötən mövsümün final qarşılaşması 2020-ci ildə keçirilməli idi. Lakin bu oyun da koronavirus pandemiyasına görə təxirə salınmışdı.

"Real Sosyedad" - "Atletik" - 1:0

Qol: Mikel Oyarsabal, 63 (pen.)

Xəbər lenti

Çox oxunanlar