Xəzər Xəbər

Şəhid ailəsini aldadaraq pulunu ələ keçirən qardaşlar SAXLANILDI VİDEO

Tovuz rayonunda dələduzluq edən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar
Veb TV | 20:12 • 30 Mart 2021
Şəhid ailəsini aldadaraq pulunu ələ keçirən qardaşlar SAXLANILDI

Tovuzda dələduzluq edən şəxslər saxlanıblar. Onlar şəhid ailəsinin etimadından sui-istifadə edib 1850 manat pul ələ keçiriblər.  Dələduzluq edən şəxslərin  qardaş olduğu məlum olub. Saxlanan zaur əhmədov qaynar-xətt.az saytının təsisçisidir. 

Şəhid ailəsinə qarşı dələduzluq edən qardaşlar ifşa ediliblər. 

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, rayonun Xatınlı kənd sakini Əhməd Əhmədov və onun qardaşı, "qaynar-xətt.az" saytının təsisçisi Zaur Əhmədov saxlanıb. 

Araşdırma zamanı müəyyən edilib ki, onlar Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçulardan birinin ailəsi ilə əlaqə saxlayıb, valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, adının əbədiləşdirilməsi, barəsində kitab və jurnalların dərc edilməsi, eləcə də yerli 180televiziya kanallarında verlişlər hazırlanacağını bildirərək hissə-hissə olmaqla ümumilkdə 1850 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriblər. 

Qardaşının gördüyü işlərin dırnaqarası xidmət haqqını isə Zaur Əhmədov yığırmış.

Tovuz polisi dırnaqarası qəhrəmanları elə iş başındaca yaxalayıb. Hazırda hər iki şəxs barəsində Tovuz RPŞ-də cinayət işi başlanıb.  

Xəbər lenti