Xəzər Xəbər

Bakıda şok cinayət - Bankomatdan 60 min manatdan çox pul oğurladı VİDEO

Veb TV | 19:42 • 30 Mart 2021
Bakıda şok cinayət - Bankomatdan 60 min manatdan çox pul oğurladı

Bakıda bankomatdan pul oğurlamaq istəyən şəxs saxlanıb.  Həmin şəxs bir ay əvvəl başqa bir  bankomatdan da eyni üsulla 49 min manata yaxın pul oğurlayıb. Tovuzda da 25 min manatlıq oğurluq edən şəxslər saxlanıb. Onlar bir evdən apardıqları qızıl-zinət əşyalarını tovuz, gədəbəy, şəmkir, gəncə və bakı şəhərlərində müəyyən məbləğə sataraq aralarında bölüşdürüblər.  Oğurluq  edən şəxs bu çirkin əməlinə yetkinlik yaşına çatmayan qohumunu da şərik edib.

Paytaxtın Yasamal rayonunda banklardan birinə məxsus bankomatın saxlanc yerini qıraraq orada olan 15 min 457 manat pulu oğurlamaq istəyən şəxs saxlanıb. Bakı şəhər Baş Polis İdarəsi və Yasamal Rayon 26-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Coşqun Həsənov cinayət başındaca tutularaq istintaqa təqdim olunub. 

Araşdırma zamanı bu şəxsin cari ilin fevral ayında paytaxtın Nərimanov rayonu Təbriz küçəsindəki bankomatlardan birindən 48 min 840 manat pul oğurladığı da müəyyən edilib. Coşqun Həsənovun paytaxt, eləcə də Abşeron rayonu ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Tovuzda da oğurluq olub. Rayon Polis Şöbəsinə  müraciət edən Dönük-Qırıqlı kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın  evindən ümumi dəyəri 25 000 manat olan qızıl-zinət əşyaları aparılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ogurluğu törətməkdə şübhəli bilinən, rayonun Ağacqala kənd sakini Aslan Quliyev və zərərçəkinin yetkinlik yaşına çatmayan qohumu olduğu müəyyən edilib.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

 

Xəbər lenti