Xəzər Xəbər

Müharibə veteranlarının reyestri yaradılır video

Veb TV | 19:27 • 13 Mart 2021
Müharibə veteranlarının reyestri yaradılır

Azərbaycanda müharibə veteranlarının reyestrinin tərtib edilməsinə hazırlıq gedir. Bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək. Bu, müharibədə və hərbi əməliyyatlarda iştirak edənlərin siyahısının tərtib edilməsinə ehtiyacdan irəli gəlir. 

Xezerxeber.az-ın məlumatına görə, reyestrin hazırlanmasında əsas məqsəd hazırkı tarixədək verilmiş və bundan sonra veriləcək statuslar əsasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə axtarışın avtomatlaşdırılmasının təmin edilməsidir. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi orqan tərəfindən müəyyənləşdiriləcək.

Məsələnin yaxın günlərdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılması gözlənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar