Xəzər Xəbər

Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırıldı VİDEO

Veb TV | 21:13 • 31 Dekabr 2020
Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırıldı

Azərbaycan daha bir mühüm, tarixi qələbə, uğur əldə etdib. Bu gün TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qaz Avropa bazarına - İtaliya, Yunanıstan və Bolqarisana çatdırılıb. Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənab Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Azərbaycan dünya bazarına böyük qaz ixracatçısına çevrilir.


Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanıb. Bu barədə məlumatı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. Onun sözlərinə görə, tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olub.


Qeyd edək ki, dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir. Xatırladaq ki, 7 il bundan əvvəl layihə ilşə bağlı tərəfdaşlarla yekun investisiya qərarı verilib. Avropanın qazpaylayıcı şirkətləri ilə 25 illik qaz alqı-satqısı haqqında müqavilələr imzalanıb. Bir sözlə bəzilərinin vaxtı ilə mümkünsüz hesab etdiyi layihə artıq gerçəkləşib.


Qeyd edək ki, Avropa yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə öz enerji təhlükəsizliyini də gücləndirəcək. Avropa daxilində hasilatın azalması bazarda əlavə qaz həcmlərinə ehtiyac yaradır və Azərbaycan qazı məhz bu ehtiyacın ödənilməsinə kömək edəcək. Beləliklə, köhnə qitə üçün Azərbaycanın əhəmiyyəti daha da artacaq.


Qeyd edək ki, TAP-ın gələcəkdə genişlənməsi və kəmərin ötürücülük gücünün 20 milyard kubmetrə çatdırılması üçün bazar araşdırmasının ikinci mərhələsi 2021-ci ilin yay aylarında başlanacaq.Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağından təbii qazı Avropaya daşıyır.


Xəbər lenti