Xəzər Xəbər

Bu il III qrup üzrə müsabiqə vəziyyəti yüksəkdir - VİDEO

Veb TV | 20:48 • 11 Sentyabr 2020
Bu il III qrup üzrə müsabiqə vəziyyəti yüksəkdir -

Bu il ali məktəblərə qəbul imtahanlarında III ixtisas qrupu üzrə 555 nəfər 600 baldan yuxarı nəticə göstərib. 2576 abituriyent isə 150-200 arası bal toplayıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il 20 minə yaxın abituriyent III qrup üzrə imtahan verib. Bu isə müsabiqə vəziyyətini gərginləşdirib.

Məleykə Abbaszadə bildirib ki, pandemiya şəraitində müsabiqə şərtlərini aşağı salmağa ehtiyac yoxdur. Çünki III qrup üzrə kifayət qədər yüksək nəticə göstərən abituriyentlər var.

Məleykə Abbaszadənin sözlərinə görə, ixtisas seçimində aşağı bal toplayan abituriyentlər regionlarda yerləşən ali təhsil müəssisələrini seçsələr, tələbə adını qazana bilərlər. 450 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişi əsasında təhsil almaq şansları daha çoxdur.

Məleykə Abbaszadə əlavə edib ki, V qrupda qabiliyyət tələb etməyən ixtisaslarda müsabiqə vəziyyəti 100 baldan yuxarı olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti