Xəzər Xəbər

Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regional liderdir - VİDEO

Veb TV | 19:12 • 1 İyul 2020
Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regional liderdir -

Azərbaycan "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyanın 166 ölkəsi arasında "davamlı inkişaf məqsədləri indeksi" üzrə 54-cü pillədə qərarlaşıb. Bununla da Azərbaycan dünyada hər üç ölkədən ikisini qabaqlayıb.

Xezerxeber.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Mənsumə Talıbovanın sözlərinə görə, "davamlı inkişaf məqsədləri indeksi"nə görə Azərbaycan regionda liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını qabaqlayıb.

Mənsumə Talıbova onu da qeyd edib ki, ölkənin inkişaf səviyyəsinin göstərici olan bu hesabat Azərbaycan üçün də mühim əhəmiyyət kəsb edir.

Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Bu fakt bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti