Xəzər Xəbər

Ucar sakinindən küllü miqdarda narkotik maddə götürülüb VİDEO

Veb TV | 18:49 • 19 Sentyabr 2019
Ucar sakinindən küllü miqdarda narkotik maddə götürülüb

Ucarda külli miqdarda narkotik vasitə aşkarlanıb.

XəzərXəbər-ın bölgə müxbiri xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçirib.

Nəticədə Qaracallı kənd sakini C.Mikayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfatına baxış zamanı 6,5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ucar RPŞ də CM-nin 234.4.3 və 237.2.3 maddələri ilə cinayət işi başlanılaraq, istintaq aparılır.

Xəbər lenti