Xəzər Xəbər

Azərbaycanda QORXUNC HADİSƏ 2 nəfər diri-diri yanaraq öldü - VİDEO

Veb TV | 19:08 • 19 Sentyabr 2019
Azərbaycanda QORXUNC HADİSƏ

Sumqayıt şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı iki nəfər ölüb, bir nəfər ağır yaralanıb. Goranboyda isə avtomobil aşıb və nəticədə 1 nəfər ölüb.

Bakı-Quba yolunun 45-ci kilometrliyində - Sumqayıt ərazisində bir avtomobil digəri ilə toqquşub və aşaraq yanmağa başlayıb.

Bu zaman yaralı halda avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 1 nəfər yanaraq ölüb. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Digər maşında olan Kamran Atayev də aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Sürücü Anar Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb. O, hadisə yerində olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisəyə avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Goranboy rayonunda da ağır yol qəzası baş verib. Yoldan çıxan minik maşını elektrik dirəyinə, daha sonra qaz borusuna çırpılaraq aşıb, 1 qadın dünyasını dəyişib. Dəhşətli qəza Goranboy-Qızılhacılı yolunun Balakürd kəndindən keçən hissəsində baş verib. Yol nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan Günel Manafova xəstəxanaya aparılarkən yolda keçinib. 29 yaşlı Tural Abdullayev isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Zərbənin gücündən qaz kəməri iki yerdən qırılıb və 3 yaşayış məntəqəsində mindən artıq abonentin qaz təminatı dayandırılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti