Xəzər Xəbər

Məşhur müğənni küçədə jurnalisti döydü VİDEO

Veb TV | 14:18 • 13 Sentyabr 2019
Məşhur müğənni küçədə jurnalisti döydü

Yutubda klipləri milyonlarla baxış sayı toplayan Reynmen (Yusuf Aktaş) jurnalistə sillə vurub.

XəzərXəbər xəbər verir ki, məşhur müğənni sevgilisi ilə restorandan çıxarkən görüntülənib. O, yanındakı sevgilisi ilə onun görüntüləriniçəkmək istəyən media nümayəndələrinə hücum edib. Əvvəlcə "Show” TV-nin müxbiri Akif Yamana qışqıran ulduz daha sonra "Uçankuş” TV-nin müxbirinin əlindən zorla telefonunu alaraq çəkdiyi görüntüləri silməyə başlayıb. A.Yamana hücum edən Reynmen ona sillə vurub.

Bundan sonra jurnalistlər onu polisə şikayət edib. Polis idarəsinə gətirilən müğənni ifadə verəndən sonra çıxışda müxbirlərin "Döyməyiniz vacib idi” sualına gülərək reaksiya verib./publika.az

Xəbər lenti

Çox oxunanlar