Xəzər Xəbər

Amerikalı cütlük süni mayalanma etdi, asiyalı uşaq doğuldu VİDEO

Veb TV | 12:46 • 13 Sentyabr 2019
Amerikalı cütlük süni mayalanma etdi, asiyalı uşaq doğuldu

Nyu-Cersi ştatından olan keçmiş ər-arvad reproduktiv klinikanı məhkəməyə veriblər.

Metro xəbər verir ki, qadına səhvən başqa kişinin sperma hüceyrələri yeridilib.

Kristina Kedriç və Dryu Vasilevski səhvi sonradan görüblər: böyütdükləri qızda asiyalılara məxsus əlamətlər aşkarlanıb.

DNT analizi şübhələri təsdiqləyib – Vasilevski uşaqın bioloji atası deyilmiş. Həkim səhvi ailədə münaqişəyə səbəb olub və sonda cütlükayrılıb.

Keçmiş ər-arvadın bildirdiyinə görə, uşaqdünyaya gətirməküçün onlar həkimlərə 500 min dollar (850 min manat) xərcləyib./oxu.az

Xəbər lenti