Xəzər Xəbər

İngilis nazirin bu hərəkəti ona baha başa gəldi VİDEO

Veb TV | 16:53 • 21 İyun 2019
İngilis nazirin bu hərəkəti ona baha başa gəldi

İngiltərədə hakim Mühafizəkar Partiyasının üzvü və Asiya və Sakit Okeanı üzrə dövlət naziri Mark Field vəzifəsindən müvəqqəti kənarlaşdırılıb. XəzərXəbər "ITV News"a istinadən bildirir ki, buna səbəb nazirin Londonda keçirilən bir tədbirdə "Grenpeace" üzvü olan nümayişçi qadına qarşı sərt rəftar etməsidir.

Dünən maliyyə naziri Filip Hammondun təşkil etdiyi "Mansion House" iclasına "Greenpeace" üzvü bir neçə qadın da qatılıb. Onlar iclas zamanı etiraz bəyənatlarını səsləndirərkən nümayişçilərdən biri Mark Field tərəfindən fiziki zorakılığa məruz qalıb.

Hadisənin ictimailəşməsindən sonra Mark Field dinc davranan və silahı olmayan qadına qarşı bu rəftarına görə üzr istəyib.

Hadisədən 24 saat keçməmiş Markl Field barəsində istintaq başladılıb və başa çatana qədər vəzifəsindən müvəqqəti kənarlaşıdırılıb.


Xəbər lenti