Xəzər Xəbər

Rusiya 36 ton pomidoru Azərbaycana qaytarıb - VİDEO

Veb TV | 20:17 • 13 İyun 2019
Rusiya 36 ton pomidoru Azərbaycana qaytarıb -

Bir neçə gün əvvəl güvə aşkarlandığı üçün Rusiyadan geri qaytarılan tonlarla pomidor sağlamlaşdırılacaq.

Bundan sonra Rusiyadan geri qaytarılan 36 ton pomidor yenidən ixrac edilə bilər.

Xezerxeber.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O, bildirib ki, çatışmazlıq aşkarlandığı üçün məhsulların geri qaytarılması adi idxal-ixrac prosedurudur. Tomat güvəsi aşkar edildiyi üçün geri qaytarılan pomidorlar da sağlamlaşdırılacaq və yenidən ixrac ediləcək.

Agentlik sədri yeni doğulan və ölkəyə gətirilən bütün heyvanların identifikasiyası ilə bağlı görülən işlərdən də danışıb. Qeyd edib ki, bu istiqamətdə hazırlıq işləri gedir. Heyvan xəstəliklərinin aradan qaldırılmasında identifikasiya kodu mühüm rol oynayacaq. Heyvan doğulduğu andan ölümünə qədər hansı xəstəliklər keçirdiyini, hansı vaksinlər aldığı və hansı xəstəliklərə qarşı müalicə olunduğu bilinəcək. Lakin burada vətəndaşların rolu çox böyükdür. Çünki onlara yeni doğulan heyvanlar və xəstəliklər barədə vaxtında məlumat verməlidir ki, lazımi tədbirlər görülə bilsin.

Heyvanın ölüm səbəbini də identifikasiya kodu vasitəsilə aşkar etmək mümkün olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti