Avropa İttifaqi ilə Azərbaycan arasında aviasiya sazişi imzalan bilər.
Bu açıqlama Bakıda keçirilən 5-ci Avropa İttifaqı - Azərbaycan biznes forumunda verilib. 1 000-ə yaxın iş adamının iştirak etdiyi forumda bildirilib ki, Azərbaycanda 1 600-dən çox Avropa İttifaqı şirkəti fəaliyyət göstərir. Qeyd edilib ki, Avropa İttifaqı dövlətlərinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 78 faizi məhz Azərbaycanın payına düşür. Bu arada, rouminq tariflərinin azaldılması ilə bağlı da işlər aparılır.
Xezerxeber.az-ın məlumatına görə, forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsində 30 faiz artım olub.
O da qeyd edilib ki, Aİ ilə Azərbaycan arasında yeni sazişin ərsəyə gəlməsi iqtisadi imkanların daha da artmasına yardım edəcək.
Forum panel müzakirələri ilə davam edib. Vergilər naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkədə aparılan islahatların nəticələri müsbətdir. Beş ayda vergi daxilolmaları artıb. Daxilolmaların artımı 92% könüllü əməletmə hesabına baş verib.
Müzakirələr zamanı bildirlib ki, bu gün ölkədə hər 100 min nəfərə düşən hakimlərin sayı 6 olmaqla, Avropa ölkələri üzrə orta göstəricidən 3 dəfə azdır. Məhz buna görə də hakimlərin sayının daha 200 nəfər artırılması müstəsna əhəmiyyətə malikdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: