Ermənistanın dağ-mədən sənayesində heç bir qanunlara əməl etməməsi ətraf mühitə ciddi zərər verir. Buna görə də Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlanıb. Xəritə siyasi məqsədlər üçün hazırlanmayıb, sırf ekoloji məsələləri əhatə edir.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Ermənistanın dağ-mədən sənayesinin Azərbaycan ekologiyasını zəhərləməsinə dair keçirilən tədbirdə "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin rəhbəri, “Environmental Protection First” (EPF) Koalisiyasının üzvü Müqabil Bayramov söyləyib.
O bildirib ki, geoloji xəritələrin çoxu məxfi olduğunu üçün onların yayılması məqsədəuyğun deyil.